...

Bakcell-dən futbolsevərlərə müjdə

Telekommunikasiya Materials 13 İyun 2012 14:01 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
Bakcell-dən futbolsevərlərə müjdə

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən "Bakcell" futbol azarkeşlərini də unutmayıb. Artıq istənilən KLASS və ya CİN abunəçisi START kəlməsini 2012 qısa nömrəsinə göndərməklə Polşa və Ukraynada başlayan futbol üzrə Avropa çempionatının oyunları haqqında ətraflı məlumat alacaq.

Servisə qoşulma haqqı 0.05 AZN, hər daxil olan sms haqqı isə 0.35 AZN-dir. Xidmətdən imtina etmək üçün STOP kəlməsini 2012 qısa nömrəsinə göndərmək kifayətdir.

"Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksəksəviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Xəbər lenti

Xəbər lenti