...

Bakıda 4G modemləri satışa çıxarıldı

Telekommunikasiya Materials 18 İyun 2012 19:43 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq "Azercell Telekom" MMC ən son texnologiya sayılan 4G-ni tətbiq etməyə başlayıb. Şirkət mayın 24-dən etibarən Bakıda 4G şəbəkəsini istifadəyə verib.
Bakıda 4G modemləri satışa çıxarıldı

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycanda ilk dəfə olaraq "Azercell Telekom" MMC ən son texnologiya sayılan 4G-ni tətbiq etməyə başlayıb. Şirkət mayın 24-dən etibarən Bakıda 4G şəbəkəsini istifadəyə verib.

MMC-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu gündən etibarən isə 4G modemləri də satışa çıxarılır. "Azercell" abonentləri 4G modemini Bakıdakı "Azercell Ekspres" ofisləri, həmçinin diler şəbəkələrindən əldə edə bilərlər.

4G modeminin qiyməti 149 manatdır. Bir aylıq limitsiz internet paketinin qiyməti isə 45 AZN (ƏDV daxil) təşkil edir. Lakin "Azercell" abonentlərə ilk ay üçün limitsiz internet paketini pulsuz təqdim edir.

4G sürtəli mobil internetə çıxış imkanı yaradan modern texnologiyadır. Şəbəkənin köməyi ilə saniyədə 100 Mb sürətə çatmaq mümkündür. Hazırda 4G texnologiyası dünyanın çox az ölkəsində tətbiq edilir. Bakıda Azercell-in 4G şəbəkəsi Dənizkənarı Milli Park daxil olmaqla, şəhərin mərkəzi hissələrini, insanların daha çox toplaşdığı məkanları əhatə edir. Bu ərazilərə "Kristal Zalı", Dənizkənarı Milli Park, "Elmlər Akademiyası" metrostansiyası, "Natavan Plaza", Nəsirəddin Tusi Adına Pedaqoji Universitet, Azərbaycan Dövlət Dram Teatrı, "Kempinski" hoteli, Nəriman Nərimanov heykəlinin yerləşdiyi ərazi aiddir.

İlin sonuna kimi "Azercell" şəbəkəni genişləndirmək, daha çox məkanı əhatə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti