...

SAZZ 4G INTERNET milli mətbuat günü münasibətilə jurnalistlərə hədiyyə kampaniyasi keçirir

Telekommunikasiya Materials 20 İyul 2012 16:39 (UTC +04:00)
Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük simsiz genişzolaqlı İnternet provayderi Sazz Internet 22 iyula təsadüf edən Milli Mətbuat günü münasibətilə jurnalistlər üçün xüsusi hədiyyə kampaniyası keçirəcək.
SAZZ 4G INTERNET milli mətbuat günü münasibətilə jurnalistlərə hədiyyə kampaniyasi keçirir

Azərbaycan, Bakı, 20 iyul / Trend/

Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük simsiz genişzolaqlı İnternet provayderi Sazz Internet 22 iyula təsadüf edən Milli Mətbuat günü münasibətilə jurnalistlər üçün xüsusi hədiyyə kampaniyası keçirəcək.

Həmin gün ərzində Sazz 4G Internetə abunə olmaq istəyən media mənsublarına USB modemlər pulsuz təqdim olunacaq. Kampaniya iştirkaçısı olmaq üçün kütləvi informasiya vasitəsi orqanına aid mətbuat vəsiqəsini təqdim edib abunəçi müqaviləsini imzalamaq və bir aylıq abunə haqqını (25 AZN) ödəmək kifayətdir.

Kampaniya şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər Sazz 4G satış nöqtələrində keçərli olacaq.

Qeyd edək ki, kampaniyanın keçirildiyi tarixdə Sazz 4G mağazaları uzadılmış iş rejimində saat 22:00-dək açıq olacaq.

SAZZ 4G simsiz İnternet provayderi 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ 4G İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mİngəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən Sazz İnternet 2012-ci ilin sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti