...

Əli Abbasov: İsrailin Azərbaycanın İKT sektoruna investisiyaları mühüm rol oynayır

Telekommunikasiya Materials 24 Avqust 2012 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir H.Vəliyev/

İsrail Yaxın Şərqdə və regionda İKT sahəsində aparıcı ölkədir və İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələr iqtisadiyyatın inkişafında vacib rol oynayır. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrailin ölkəmizdə diplomatik missiyasını başa vuran fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemlə görüşü zamanı bildirib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən cümə günü Trend-ə verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, İsrail ildə milyardlarla dollar gəlir gətirən güclü proqram məhsulları sənayesi, dünya səviyyəli güclü İT mütəxəssisləri bankı yaradıb. İsrail öz təcrübəsini bölüşməyə hazırdır. Bu da Azərbaycanın elmi, intellektual və istehsalat potensialından tam həcmdə istifadə etməyə imkan verir.

Lavon-Lotem Azərbaycanla İsrailin informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığını yüksək qiymətləndirərək, gələcəkdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsinə əminliyini ifadə edib. O, həmçinin Əli Abbasovu cari ilin noyabr ayında İsraildə keçiriləcək Kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə dəvət edib.

Abbasov öz növbəsində israilli həmkarının cari ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin "BakuTel" sərgi-konfransına dəvət edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti