Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir H.Vəliyev/
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 2013-cü ilin yanvar ayından etibarən böyük layihələr üçün vəsait ayırmağa başlayacaq.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirlikdə "TeliaSonera" şirkətinin nümayəndə heyəti ilə görüşdə bildirib.
Nazirin sözlərinə görə, yaxın zamanlarda İKT xidmətləri göstərən şirkətlər üçün vergi və gömrük sahəsində Nazirlər Kabinetinin xüsusi güzəştlər təmin etməsi nəzərdə tutulur.