...

Azərbaycanın prosessinq mərkəzi iPhone üçün mobil bank proqramı hazırlayıb

Telekommunikasiya Materials 3 Sentyabr 2012 12:20 (UTC +04:00)
"Azəricard" prosessinq mərkəzi iOS (Apple iPhone smaertfonları) əməliyyat sistemlərinin idarəçiliyi altında çalışan qurğular üçün mobil bank proqramı hazırlayıb.
Azərbaycanın prosessinq mərkəzi iPhone üçün mobil bank proqramı hazırlayıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Vəliyev /

"AzəriCard" prosessinq mərkəzi iOS (Apple iPhone smaertfonları) əməliyyat sistemlərinin idarəçiliyi altında çalışan qurğular üçün mobil bank proqramı hazırlayıb. Bu barədə bazar ertəsi Trend-ə "AzəriCard"-ın biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, hazırda distributuv sınaqdan keçmə mərhələsindədir, onun sentyabr ayı ərzində istismara veriləcək.

Hazırda proqram BlackBerry OS və Android OS əməliyyat mühitində tam funksional çalışır.

Proqram kommunal, mobil rabitə, internet xidmətlərinin haqqını ödəməyə, kart ötürməyə, kart itərkən onu bloklamağa, balansı yoxlamağa, hesabdan çıxarış etməyə və s. imkan verir.

Distributivin funksiyalarına daim əlavələr olunur. Qarşıda kreditlərin ödənilməsinin funksiyasının əlavə edilməsi planlaşdırılır. Bunun üzərinddə artıq iş aparılır.

Xəbər lenti

Xəbər lenti