...

Azərbaycan Sahibkarlar Konfederasiyasının saytı hakerlərin hücumuna məruz qalıb

Telekommunikasiya Materials 1 Oktyabr 2012 10:25 (UTC +04:00)
"Bangladesh Black Hat Hackers"in hakerləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASMK) ask.org.az veb saytını dağıdıblar.
Azərbaycan Sahibkarlar Konfederasiyasının saytı hakerlərin hücumuna məruz qalıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

"Bangladesh Black Hat Hackers"in hakerləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASMK) ask.org.az veb saytını dağıdıblar.

Cinayətkarların hücumu nəticəsində resursun baş səhifəsi tamamilə dəyişib. Hakerlərin hücumunun heç bir əsası yoxdur. Çünki resursda məqsədəuyğun məlumat yerləşdirilməyib. Saytda "Bangladesh Black Hat Hackers"in linki cinayətkarların Facebook sosial şəbəkəsindəki səhifəsinə aparır.

Məsələ internet xidmətlərinin tədarükçüsü səviyyəsində həll olunacaq və bundan sonra konfederasiyanın korporativ resursuna dəyən ziyan qiymətləndiriləcək. Bu barədə bazar ertəsi Trend-ə ASMK-dan məlumat verilib.

ASMK 5 mart 1999-cu ildə təsis edilib. ASMK öz sıralarında 1,2 minə yaxın sahibkarlıq subyektini, həmçinin 35 assosiasiyanı və ictimai-iqtisadi profilli ittifaqı birləşdirir.

Xəbər lenti

Xəbər lenti