...

Azərbaycan qarşıdakı “IGF-2012” forumunda İKT sektorunun inkişafı üzrə baxışlarını təqdim edəcək

Telekommunikasiya Materials 5 Oktyabr 2012 11:45 (UTC +04:00)
Azərbaycan internetin idarə edilməsi problemlərinin müzakirəsi üzrə 7-ci beynəlxalq foruma hazırlıq tədbiri çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı öz fikirlərini təqdim edəcək.
Azərbaycan qarşıdakı “IGF-2012” forumunda İKT sektorunun inkişafı üzrə baxışlarını təqdim edəcək

Azərbaycan, Bakı, 5 oktyabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycan internetin idarə edilməsi problemlərinin müzakirəsi üzrə 7-ci beynəlxalq foruma hazırlıq tədbiri çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı öz fikirlərini təqdim edəcək. Bu tədbir Bakıda noyabrın 6-9-da keçiriləcək BakuTel-2012 beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində baş tutacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir.

"IGF 2012"-yə hazırlıq brifinqi dünən ABŞ-da Dövlət Departamentinin İKT məsələləri üzrə əlaqələndiricisi, səfir Filip Ferviyerin və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Nərgiz Qurbanovanın iştirakı ilə keçirilib.

Dövlət Departamentinin İKT məsələləri üzrə əlaqələndiricisi Azərbaycanın İKT sektorunun inkişafı üzrə səylərini yüksək qiymətləndirib və Bakıda forumun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, forum bu sahədə ikitərəfli əlaqələrin gələcəkdə möhkəmləndirilməsinə kömək edəcək.

Ferbiyer brifinq iştirakçılarını hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə keçiriləcək konfrans barədə məlumatlandırıb.

Konfrans Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Amerika Ticarət Palatası ilə birlikdə forum çərçivəsində keçiriləcək.

Öz növbəsində, Qurbanova hökumət tərəfindən Azərbaycanda İKT sektorunun inkişafı üzrə uğurlu siyasət aparılmasından, bu sahədə ABŞ-la birgə həyata keçirilən layihələrdən, eləcə də Azərbaycanın transregional təşəbbüslərindən danışıb. Həmin layihələr inkişaf edən və inkişaf etmiş ölkələr arasında rəqəm fərqinin azalmasına və region ölkələrinin ardıcıl iqtisadi inkişafına yardım edir.

Brifinq iştirakçılarına internetin idarə olunması üzrə qlobal forumun təşkilati aspektləri haqqında ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti