...

Əli Abbasov: İnformasiya təhlükəsizliyi problemlərinin müzakirəsi bu sahədə cəhdlərin koordinasiyası üçün lazımdır

Telekommunikasiya Materials 6 Noyabr 2012 13:43 (UTC +04:00)
VII İnternet İdarəçilik Forumu (Internet Governance Forum - IGF) çərçivəsində informasiya təhlükəsizliyi problemlərinin müzakirəsi bu arzuolunmaz amillə mübarizədə cəhdlərin koordinasiyası üçün lazımdır.
Əli Abbasov: İnformasiya təhlükəsizliyi problemlərinin müzakirəsi bu sahədə cəhdlərin koordinasiyası üçün lazımdır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/

VII İnternet İdarəçilik Forumu (Internet Governance Forum - IGF) çərçivəsində informasiya təhlükəsizliyi problemlərinin müzakirəsi bu arzuolunmaz amillə mübarizədə cəhdlərin koordinasiyası üçün lazımdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov forumun iclasında bildirib.

Nazirin sözlərinə görə, kibercinayətkarlıqla mübarizə elektron xidmətlərin tətbiqi, "Elekton hökumət"in qurulması fonunda aktuallıq qazanır.

Abbasov bildirib ki, Azərbaycanda "Elekton hökumət"in tətbiqi üzrə işlər aparılır, əhalinin elektron xidmətlərə çıxışı var.

Nazir respublikada telekommunikasiya infrastrukturun inkişafı, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair həyata keçirilən işlər haqqında da məlumat verib.

Abbasovun sözlərinə görə, respublika ərazisi 3G xidməti ilə əhatə olunub, 4G-nin tətbiqi üzrə işlər aparılır. O qeyd edib ki, Azərbaycanda sosial şəbəkələr xeyli inkişaf edib, onlayn-tv, internet resurslar inkişafdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti