...

Bakcell-in "Mançester tətilləri" kampaniyası başa çatır

Telekommunikasiya Materials 26 Noyabr 2012 15:20 (UTC +04:00)
Azərbaycanın aparıcı mobil internet provayderi və bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olan "Bakcell" şirkətinin "Mançester tətilləri" kampaniyası yekun mərhələyə yaxınlaşır.
Bakcell-in "Mançester tətilləri" kampaniyası başa çatır

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycanın aparıcı mobil internet provayderi və bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olan "Bakcell" şirkətinin "Mançester tətilləri" kampaniyası yekun mərhələyə yaxınlaşır.

Şirkətdən Trend-ə verilən məlumata görə, oktyabrın 25-i başlayan və bütün "Bakcell" abunəçilərinə "Mançester Yunayted"in ev stadionu və dünyanın ən məşhur stadionlarından biri olan "Old Trafford"da futbol həyacanını yaşamaq imkanı yaradan "Mançester tətilləri" kampaniyasına SMS qəbulu noyabrın 25-də başa çatıb.

Kampaniyanın qalibləri 28 noyabr saat 15:00-da onlayn püşkatma yolu ilə seçiləcək. Püşkatmanı canlı izləmək və qaliblərin adlarını ilk bilənlərdən olmaq üçün qeyd olunan tarixdə Bakcell-in rəsmi internet səhifəsi www.bakcell.com, eləcə də Bakcell-in "facebook" səhifəsində yerləşdirilən xüsusi linkdən yararlanmaq olar.

Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün "Bakcell" şirkətinin rəsmi internet və "facebook" səhifələrinə, eləcə də "Mançester Yunayted"in Azərbaycan azarkeşləri üçün yaradılan səhifəsinə daxil olmaq olar: www.bakcell.com, www.facebook.com/bakcell, www.manutd.bakcell.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti