...

Azərbaycanda informasiya təhlükəsizliyinin yeni standartının qəbulu planlaşdırılır

Telekommunikasiya Materials 10 Dekabr 2012 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanda ISO 27001: 2005 informasiya təhlükəsizliyi üzrə yeni standartın tətbiqi planlaşdırılır. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bazar ertəsi bidlirib.

Əliyevin sözlərinə görə, son vaxtlar Azərbaycan saytlarına hücumların sayı artıb, bəzi hallarda cinayətkarlar saytları dağıtmağa müvəffəq olur. O, həmçinin, bu arzu edilməyən hadisələrin yüksək templərlə artdığını təəssüflə qeyd edib.

"Bununla əlaqədar olaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir sıra tədbirlər reallaşdırır. 2008-ci ildə nazirlik yanında İKT üzrə Texniki Komitə yaradılıb. Komitənin əsas fəaliyyəti İKT sahəsində standartların hazırlanması və beynəlxalq standartların Azərbaycan dilinə lokallaşdırılmasıdır. Bu gün böyük miqdarda beynəlxalq standart lokallaşdırılıb", - Əliyev deyib.

Bununla yanaşı, onun sözlərinə görə, noyabrda dövlət başçısı respublikada informasiya təhlükəsizliyinin təminatı haqqında fərman imzalayıb. Bu sənədə əsasən, respublikada xüsusi agentlik yaradılıb. Bununla yanaşı, nazirlik yanında Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Onun əsas funksiyası informasiya təhlükəsizliyi ilə bağlı problemlərin həllində dövlət idarələrinə, biznes sektoruna və vətəndaşlara təminatın verilməsi və kömək göstərilməsi, həmçinin bu sahədə qanunvericiliyin inkişafı, bütovlükdə, respublikanın informasiya təhdidlərinə davamlılığının artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti