...

www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edənlərin sayı 75 mini ötüb

Telekommunikasiya Materials 21 Yanvar 2013 15:46 (UTC +04:00)
İnternet istifadəçiləri tərəfindən maraqla izlənilən www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlar, bu fəaliyyətə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edənlərin sayı 75 mini ötüb

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

İnternet istifadəçiləri tərəfindən maraqla izlənilən www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlar, bu fəaliyyətə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.

2012-ci ilin dekabr ayında 14 minə yaxın internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edib.

İİN-dən Trend-ə verilən məlumata görə, portala müraciət edənlərin 700-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Litva, Danimarka, Belarus, Polşa, Sinqapur, Mərakeş, Qətər, Qazaxıstan, Cənubi Koreya, Kanada, Birləşmiş Ərəb Əmirliyi, İslandiya, İsveçrə və İrandan kimi ölkələrdəndir. Ümumilikdə isə, 2012-ci ilin mart ayından fəaliyyətə başlayan portaldan indiyədək 75 mindən çox internet istifadəçisi yararlanıb.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Təkcə dekabr ayında 5 mərkəzi icra hakimiyyəti orqanının 14 qanunvericilik aktlarının layihələri www.icazeler.gov.az portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti