Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir H.Vəliyev/
Qviana Kosmik Mərkəzinin ELA-3 start kompleksindən Fransanın "Ariane 5 ECA" raketdaşıyıcısının köməyi ilə orbitə buraxılan Azərbaycanın telekommunikasiya peyki "Azerspace/Africasat-1a" "Azərkosmos" ASC-nin idarəçiliyinə verilib. Bu barədə cümə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.
"Peykin təyin edilən orbitə (46 dərəcə şərq uzunluğunda) çatması üçün bir neçə həftə tələb olunur. Hazırda peyk Bakı və Naxçıvanda yerləşən idarəetmə mərkəzlərindən, habelə Malayziyadakı mərkəzdən idarə edilir", - nazirlikdən qeyd ediblər.