Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir H.Vəliyev/
Azərbaycanda mobil telefonların IMEI kodların qeydiyyatı xidməti pulsuz olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə açıqlamasında bildirib
Xidmətin özü mayın birindən işə salınacaq.
Məmmədovun sözlərinə görə, hazırda mobil şəbəkələrdə istifadə olunan telefonlar may ayının 1-dək avtomatik olaraq "Ağ siyahıya" salınacaq.
Xidmətin işə salınmasından sonra həm ölkə daxilində, həm də xaricdə oğurlanan telefonlar və IMEI kodlar "klonlaşdırılan" mobil qurğuların daxil olduğu "qara siyahı"da fəaliyyət göstərəcək.Müvafiq olaraq onların mobil şəbəkələrdə işləməsi mümkün olmayacaq.
Nazir müavinin sözlərinə görə, həmçinin mobil şəbəkələrə yeni qoşulan telefonların daxil olduğu "boz siyahı" da fəaliyyət göstərəcək ki, onlarında sahibləri 30 gün ərzində öz mobil cuhazlarını qeydiyyatdan keçirməli olacaqlar.