...

Bakcell-dən "Gün boyu 0" tarifi

Telekommunikasiya Materials 24 May 2013 18:37 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti 21 may 2013-cü il tarixindən etibarən bütün yeni və cari CİN abunəçiləri üçün tam yeni bir tarif planını təqdim edir.
Bakcell-dən "Gün boyu 0" tarifi

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti 21 may 2013-cü il tarixindən etibarən bütün yeni və cari CİN abunəçiləri üçün tam yeni bir tarif planını təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Gün boyu 0" adlanan yeni tarif paketi istifadəçilərə səhər saat 08:00-dan axşam saat 18:00-dək Bakcell şəbəkəsi daxilində dəqiqəsi 0 AZN qiyməti ilə limitsiz danışmaq imkanı verir. Gün boyu limitsiz danışmaq üçün gündə sadəcə 0.29 AZN ödəmək lazımdır.

Axşam saat 18:00-dan sonra edilən şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 6 qəpik təşkil edəcək. Şəhər nömrələrinə və digər operatorların nömrələrinə edilən zənglərin 1 dəqiqəsinin qiyməti isə günün 24 saatı ərzində 9 qəpik təşkil edəcək.

Tarifə qoşulmaq üçün *138#9#YES yığın. Tarif haqqında daha ətraflı məlumat əldə etmək üçün 5509 qısa nömrəsinə zəng edin və ya pulsuz SMS göndərin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti