...

Azərbaycanda İT layihələrə dəstək üzrə qrantların verilməsi şərtləri müzakirə ediləcək

Telekommunikasiya Materials 17 Sentyabr 2013 18:20 (UTC +04:00)
Sentyabrın 18-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası keçiriləcək.
Azərbaycanda İT layihələrə dəstək üzrə qrantların verilməsi şərtləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir H.Vəliyev/

Sentyabrın 18-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası keçiriləcək.

Şuranın ilk iclasında fond tərəfindən yaxın aylarda elan ediləcək qrant müsabiqələri üzrə qrant müqavilələrinin forması, şərtləri və digər vacib məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, fondun Müşahidə Şurasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini nazir müavini Elmir Vəlizadə, Təhsil Nazirliyini nazir müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyini şöbə müdiri Firdovsi Xəlilov, İqtisadi İnkişaf Nazirliyini Strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli, qeyri-hökumət təşkilatlarını Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz və İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev təmsil edir.

İlin sonunda artıq fondun tam fəaliyyətə başlanası və ilk qrant müsabiqəsinin elan edilməsi gözlənilir. Müsabiqədə üstünlük verilən layihələr yeni innovativ məhsulların və infrastrukturun, "yaşıl" texnologiyaların yaradılmasını, İKT və internet xidmətlərinin inkişafını nəzərdə tutan layihələr olacaq. Fondun yaradılmasının əsas məqsədi İKT sahəsinin inkişaf etdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti