...

"Nar Mobile" Bakı Beynəlxalq Turizm Filmləri Festivalının sponsoru oldu (FOTO)

Telekommunikasiya Materials 21 Noyabr 2013 13:20 (UTC +04:00)
Noyabrın 20-də Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BBTFF) açılış mərasimi keçirilib.
"Nar Mobile" Bakı Beynəlxalq Turizm Filmləri Festivalının sponsoru oldu (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Noyabrın 20-də Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BBTFF) açılış mərasimi keçirilib.

Daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və onların müəlliflərini həvəsləndirmək məqsədi daşıyan festivalın sponsoru Azərbaycan mədəniyyətinin təbliğatı və milli kinonun inkişafına xüsusi önəm verən "Nar Mobile" mobil operatorudur.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, festival zamanı nümayiş etdirilən filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün onlara dəstək xarakteri daşıyan bu mədəniyyət tədbiri çərçivəsində müvafiq müsabiqənin elan edilməsi və müxtəlif turizm sahələrini ən peşəkar şəkildə əks etdirən filmlərin mükafatlandırılması da nəzərdə tutulub. Diplom və pul mükafatı ilə təltif ediləcək qaliblər 7 kateqoriya üzrə (ölkə-region-şəhər, mədəniyyət-ənənə, ekstremal turizm, ekoloji turizm, TV-məhsullar, reklam filmləri, milli filmlər) nümayiş etdirilən filmlərin müəllifləri arasından seçiləcəkdir. Filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

"Garant Holding"-ın rəsmi sponsorluğu, "Nar Mobile" mobil operatorunun sponsorluğu və Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə keçirilən bu Festival noyabr ayının 24-dək davam edəcək.

я.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti