...

Azərbaycanın stasionar rabitə abonentləri zənglər haqqında məlumata çıxış əldə ediblər

Telekommunikasiya Materials 29 Dekabr 2013 16:23 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) stasionar rabitə abonentlərinə son bir ay ərzində edilən yerli zənglər haqqında məlumat əldə etməyə imkan verən xidməti "Elektron hökumət" portalına (e-gov.az) təqdim edib.
Azərbaycanın stasionar rabitə abonentləri zənglər haqqında məlumata çıxış əldə ediblər

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) stasionar rabitə abonentlərinə son bir ay ərzində edilən yerli zənglər haqqında məlumat əldə etməyə imkan verən xidməti "Elektron hökumət" portalına (e-gov.az) təqdim edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, abonentlər fərdi eyniləşdirmə nömrələrindən (FIN) istifadə edərək nazirliyin "elektron xidmət" bölməsindəki "Yerli danışıqların siyahısı" elektron xidmətinin köməyi ilə telefon zəngləri haqqında məlumat ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti