...

Nazirlik: Azərbaycanın 23 mindən çox vətəndaşı mobil elektron imza sahibi olub

Telekommunikasiya Materials 6 Fevral 2014 13:42 (UTC +04:00)
Azərbaycanda "ASAN İmza" mobil rəqəmsal imza sahiblərinin sayı 23 min nəfəri ötüb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samir Musayev deyib.
Nazirlik: Azərbaycanın 23 mindən çox vətəndaşı mobil elektron imza sahibi olub

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Əliyev/

Azərbaycanda "ASAN İmza" mobil rəqəmsal imza sahiblərinin sayı 23 min nəfəri ötüb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samir Musayev deyib.

Onun sözlərinə görə, "ASAN İmza"nın işə salınmasından az müddət keçsə də, bu layihənin uğurlarından və populyarlığından danışmaq olar: "Mobil elektron imzanın istifadəsi üzrə əməliyyatların ümumi sayı 2 milyonu ötüb".

S. Musayev qeyd edib ki, xarici tərəfdaşlar Azərbaycanın təcrübəsinə maraq göstərirlər: "Bizə Avropa, Gürcüstan və Qazaxıstandan müraciətlər daxil olur. Məlum olduğu kimi "ASAN İmza" layihəsi tezliklə Avropa Parlamentində təqdim olunacaq. Elektron imza Avropanın keyfiyyət və təhlükəsizlik üzrə bütün tələblərinə cavab verir. Buna görə də "ASAN İmza" gələcəkdə digər dövlətlər tərəfindən də tanınacaq ki, bu da sahibkarlara müəyyən fayda verəcək. Azərbaycan belə imzaları tətbiq edən azsaylı ölkələrdən biridir və Brüsseldə "ASAN İmza" Azərbaycanın original məhsulu kimi təqdim olunacaq".

Qeyd edək ki, Azərbaycanda mobil elektron imzanın tətbiqinə 2013-cü ilin mayından başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti