Azərbaycan, Bakı, 7 mart /Trend/
Novruz Bayramı yaxınlaşmaqda olub ətrafda artıq bahar ətri hökm sürərkən Azercell öz abunəçilərinə bu bayramlar zamanı bolluca faydalanmaq üçün xüsusi bir sevinc gətirir.
Yeni fəslin başlanması ilə Azercell ölkə boyu bütün abunəçilərinə bir neçə sərfəli kampaniya təqdim edir. Mart ayının 4-dən etibarən Azercell Samsung-İntegral mağazalar şəbəkəsi ilə birlikdə "Bahar Samsung Smartfon Kampaniyası"-na start verdi. Kampaniya qaydalarına əsasən 31 may tarixinə qədər ölkənin müxtəlif ərazilərində yerləşən diler məntəqələrindən yeni Samsung smartfonu alan hər abunəçi mövcud və ya yeni SimSim nömrəsi ilə bu kampaniyaya qoşula bilər. 2015-ci il mart ayının 31-nə qədər hər dəfə balansına 5 AZN (və ya daha artıq) məbləğ yükləyən abunəçi eyni məbləğdə bonus qazanacaq. Bu imkan kampaniyaya bir il ərzində qoşulan bütün abunəçilər üçün mümkün olacaq. Kampaniya zamanı əldə edilən bonuslardan növbəti 7 gün ərzində şəbəkədaxili zənglər üçün istifadə etmək olar. Kampaniyaya qoşulması və hədiyyə balansının aktivləşdirilməsi zamanı abunəçiyə bonusların bitməsi barədə SMS göndərilir.
Mart ayının 6-dan başlayaraq Azercell-in təqdim etdiyi daha bir əhəmiyyətli yenilik bütün abunəçilər və kampaniya müddətində 4.5 milyonluq Azercell ailəsinə qoşulan yeni müştərilər üçün nəzərdə tutulmuş "Şənbə-bazar pulsuz İnternet" kampaniyasıdır. Mart ayının 31-nə qədər istənilən Azercell abunəçisi "Heftesonu" açar sozünü yazib 2525 qisa nömrəsinə göndərərsə, Şənbə günü saat 00:00-dan Bazar günü saat 23:59:59-a qədər Limitsiz Həftəsonu mobil internet paketini pulsuz istifadə edəcək. Mart ayının bütün həftə sonları boyu pulsuz internetdən yararlanmaq üçün abunəçilərə növbəti Şənbə və Bazar günləri ərzində sistemi aktivləşdirmək üçün "heftesonu" açar sözünü hər həftə göndərməsi tövsiyə edilir.
Əlavə olaraq bildirmək istərdik ki, 2013-cü ildə Ookla Net İndex tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini məhz Azercell şirkəti təmin edir. Bundan əlavə, hər ikinci abunəçinin fəal mobil internet istifadəçisi olduğu halda, Azercell abunəçiləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olmuşdur.
Bir daha, Azercell böyük məmnuniyyətlə sizi yaxınlarınızla birgə bu Bayram sevincini paylaşmağa dəvət edir! Bu bahar Azercell-lə daha yaxşı yaşayın!
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.