Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Beynəlxalq Bankının (ABB) 100 faizlik mülkiyətində olan "Azericard" prosessinq mərkəzi sistemin texniki yenilənməsinə başlayır. Bu barədə Trend mərkəzin saytına istinadən məlumat verir.
Вununla əlaqədar aprelin 9-dan 10-na keçən gecə, saat 01:00-dən 05:00-dək "Azericard" prosessinq mərkəzinin işi tam dayandırılacaq.
Proqramların yenilənməsi üzrə işlər planlıdır və ildə bir neçə dəfə aparılır. Yenilənmə istifadəçi interfeysində hər hansı dəyişiklikləri nəzərdə tutmur və imkanların, xidmət qabiliyyətinin artırılması və sistemin özünün gücü üçün həyata keçirilir ki, bu da öz növbəsində mərkəzə gələcəkdə istifadəçilər üçün yeni məhsullar yaratmağa imkan verəcək.
Texniki səbəblərdən bankomatların, POS-terminal, kart, həmçinin elektron ticarət sistemlərinin işi müvəqqəti dayandırılacaq.