...

DSMF ən çox istifadə olunan elektron xidmətlər siyahısında qabaqcıl mövqedədir

Telekommunikasiya Materials 17 İyun 2014 15:20 (UTC +04:00)
“Elektron hökumət” portalının statistikasına əsasən, telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn 6 xidmət məhz Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlərə aiddir. Fonddan Trend-ə verilən məlumata görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib.
DSMF ən çox istifadə olunan elektron xidmətlər siyahısında qabaqcıl mövqedədir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Elektron hökumət" portalının statistikasına əsasən, telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn 6 xidmət məhz Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlərə aiddir. Fonddan Trend-ə verilən məlumata görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib.

E.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əhəmiyyətindən bəhs edərək bildirib ki, "Ölkədə "elektron hökumət"in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya və kommunikasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir.

O, həmçinin qeyd edib ki, DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir: "Bu məqsədlə 2014-cü ilin ötən dövründə DSMF 4 sayda mərkəzi, 6 sayda regional təqdimat keçirib. Bununla yanaşı, "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda KİV arasında müsabiqə keçirilib və yaxın vaxtlarda müsabiqə komissiyası nəticələri açıqlayacaq. Həmçinin bu mövzuda xüsusi reklam çarxı hazırlanıb ki, hazırda telekanallarda yayımlanır. DSMF elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyətini bundan sonra da davam etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti