...

"Kasperski Laboratoriyası" iOS və Android istifadəçilərini izləmək üçün platforma serverlərini aşkarlayıb

Telekommunikasiya Materials 25 İyun 2014 20:21 (UTC +04:00)
“Kasperski Laboratoriyası” “Remote Control Systems” (RCS) istifadəçilərinin, həmçinin “Galileo” kimi tanınan İtaliyanın “HackingTeam” haker təşkilatının izlənilməsi üçün platforma serverlərini aşkarlayıb.
"Kasperski Laboratoriyası" iOS və Android istifadəçilərini izləmək üçün platforma serverlərini aşkarlayıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Kasperski Laboratoriyası" "Remote Control Systems" (RCS) istifadəçilərinin, həmçinin "Galileo" kimi tanınan İtaliyanın "HackingTeam" haker təşkilatının izlənilməsi üçün platforma serverlərini aşkarlayıb. Onlardan biri Azərbaycanda olub. Bu barədə Trend laboratoriyanın yaydığı məlumata istinadən xəbər verir.

"Kasperski Laboratoriyası"nın ekspertləri "Galileo" serverlərini idarə edənlərin yerini müəyyənləşdirməyin müxtəlif metodlarından istifadə ediblər. Nəticədə RCS infrastrukturunu idarə edən 320-dən artıq serverin yerini müəyyənləşdirmək mümkün olub. Serverlərin çoxu ABŞ, Qazaxıstan, Ekvador, Böyük Britaniya və Kanadada yerləşdirilib. Azərbaycanda RCS inftrastrukturu tərəfindən idarə edilən server aşkarlanıb.

Araşdırma zamanı həmçinin aşkar edilib ki, iOS və Android əməliyyat sistemlərinin idarəsi altında işləyən istifadəçilərin mobil qurğuları RCS platformasının tərkibinə daxil olan zərərli modullara məruz qalıb.

RCS mobil modulları elə hazırlanıb ki, zərər çəkən onun mövcudluğunu görə bilməyib. Məsələn, qurğunun batareyasının enerji istifadəsinə xüsusi diqqət yetirilib. Bu, yalnız əvvəlcədən müəyyən edilmiş hadisənin başlaması üzrə casus funksiyalardan istifadə yolu ilə əldə edilir. Məsələn, səs zərər çəkən Wi-Fi şəbəkəsinə qoşulanda, SIM kart əvəz ediləndə, qurğunu enerji ilə dolduranda yazmağa başlayır. Ümumilikdə bu mobil troyanlar müxtəlif müşahidə funksiyalarının yerinə yetirilməsi üçün geniş imkanlara malikdirlər. Bura zərər çəkənin yeri haqqında məlumatın ötürülməsi, şəkillərin çəkilməsi, təqvimdən görüşlər haqqında məlumatların surətinin çıxarılması, telefona qoyulan yeni SİM kartların qeydiyyatı, çağırış və məlumatların (VIber, WhatsApp və Skype populyar messencerlərlə göndərilənlər də) əə keçirilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti