...

Azərbaycan peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb

Telekommunikasiya Materials 1 İyul 2014 08:30
Azərbaycanın "Azerspace-1" peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb.
Azərbaycan peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın "Azerspace-1" peyki ilə Rusiya telekanallarının yayımına başlanılıb.

Telekommunikasiya bazarındakı mənbənin Trend-ə verdiyi məlumata görə, "Azerspace-1" peyki ilə Rusiyanın "Mir 24", "Krusel", "TV Zvezda", "Europa Plus TV", STS, "TV 3 Russia", "Пятница", "Life News", "A-One", RU TV, "Mult", "Moskva Doverie" və REN TV kanallarının yayımı həyata keçirilir.

Azərbaycanın "Azərspace-1" peyki ilə yayımlanan TV və radio kanallarının sayı 120-dən çoxdur.

Peyk vasitəsi ilə kanalları izləmək üçün peyk antenaları bu cür qurulmalıdır: tezlik - 11169 MHz, sürət - 20400, polyarizasiya - Horizontal və FEC - 5/6.

Qafqazda yegane peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" ASC tərəfindən idarə edilən "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti