...

KATV1 kabel televiziyası abunəçilərini sevindirəcək

Telekommunikasiya Materials 31 İyul 2014 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bütün dünyada, o cümlədən Azərbaycanda informasiya texnologiyaları durmadan inkişaf edir. Ölkənin aparıcı kabel televiziya operatoru olaraq KATV1 bu tendensiyadan kənarda qalmır.

KATV1-dən Trend-ə verilən məlumata görə, abonentlərə daim yüksək keyfiyyətli xidmət göstərən KATV1 kabel televiziyası bunun üçün dünyada istifadə olunan ən son avadanlıq və texnologiyalardan yararlanır. Şirkətdə artıq bir neçə müddətdir ki, yeni avadanlıqların quraşdırılması işləri aparılır. Bu səbəbdən son günlər yayımda fasilələr yaranır. Aparılan işlər yekunlaşdıqdan sonra yayımda fasilələr aradan qaldırılacaq, analoq və rəqəmsal yayımın keyfiyyəti yüksələcək.

Bundan əlavə, tətbiq olunan yeni texnologiyalar abunəçilərə bir çox digər imkanlardan yararlanmağa imkan verəcək. Böyük üstünlüklərdən biri isə tariflər dəyişmədən rəqəmsal yayımda kanalların sayının artması olacaq.

Yeniliklər zəng mərkəzini də əhatə edəcək. Belə ki, dünyanın aparıcı şirkətlərinin zəng mərkəzlərini quran "AVAYA" şirkəti ilə əldə olunan razılığa əsasən, KATV1 kabel televiziyasının 127 zəng mərkəzi təkmilləşdirilir. Bu da abunəçilərə telefon vasitəsilə daha tez və daha rahat məlumat əldə etməyə şərait yaradacaq.

Qeyd edək ki, 2005-ci ildən Milli Televiziya və Radio Şurasının verdiyi lisenziya əsasında fəaliyyət gösərən KATV1 kabel televiziyası təkcə televiziya xidmətləri göstərmir, həm də fiber-optik şəbəkə vasitəsilə abunəçilərə yüksək sürətli internet təqdim edir. Şirkətin Bakı, Gəncə, Mingəçevir və Xıdalan şəhərlərində ümumilikdə 15-dən çox xidmət mərkəzi fəaliyyət göstərir ki, abunəçilər bu mərkəzlərdə KATV1 kabel televiziyası ilə bağlı bütün növ əməliyyatları həyata keçirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti