Azərbaycan, Bakı, 11 avqust/Trend/
Myvideo.az layihəsinin direktoru Əli Əliyev 12-14 avqustda Latviyada keçiriləcək TELCO TRENDS 4-cü Beynəlxalq konfrans və sərgidə iştirak edəcəkdir.
Trend-in məlumatına görə, konfransın məqsədi beynəlxalq telekommunikasiya sahəsində olan problemlərin müzakirəsi, Over the Top (OTT) texnologiyası (videosiqnalın birbaşa kompüterlərə və digər daşıyıcılara birbaşa ötürülməsi) sahəsində xidmətlərin tənzimlənməsi və digər mövzular geniş müzakirə ediləcək. Konfransda Avropa İttifaqı və MDB-də fəaliyyət göstərərn operatorların və şirkətlərin aparıcı təcrübəsi müzakirə olunacaq.
Ümumiyyətlə, konfransda Almaniyadan, Fransadan, Polşadan, Ukraynadan, Rusiyadan, Belorusdan, Kazaxstandan, Gürcüstandan, Azərbaycandan, Estoniyadan, Latviyadan və Litvadan 300-dən artıq nümayəndə iştirak edəcəkdir. Konfransın iştirakçıları nazirliklərin, assosiasiyaların, telekanalların, məzmun istehsalçılarının, operatorların, avadanlıq istehsalşılarının nümayəndələri, müəllif hüququ üzrə ekspertlərdir.