...

Bakcell-dən uşaqların sosial reabilitasiyasına dəstək

Telekommunikasiya Materials 7 Noyabr 2014 17:47 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə birlikdə yeni layihəyə başlayıb.
Bakcell-dən uşaqların sosial reabilitasiyasına dəstək

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə birlikdə yeni layihəyə başlayıb. Layihə çərçivəsində əlilliyi olan uşaqların sosial ünsiyyət bacarıqlarının artırılması ilə yanaşı, onlara sosial reabilitasiya xidmətləri də göstəriləcək. Bu, "Bakcell"in UAFA ilə birgə son 4 il ərzində həyata keçirildiyi uğurlu layihələrin davamıdır.

UAFA-nın yerli mərkəzləri tərəfindən (Bakının Yasamal rayounu, Xaçmaz rayonu, Gəncə şəhəri) uşaqlar üçün təşkil olunan tədbirlər onların ehtiyac və maraqlarına əsaslanır. Bu tədbirlərə teatr, rəqs, rəssamlıq, rəqs, foto, kompüter və idman kursları daxildir. Kurslar uşaq inkişafı üzrə peşəkar mütəxəssislər tərəfindən aparılacaq, bəzi hallarda dərslərin keçirilməsində valideynlər də könüllü kimi iştirak edəcəklər.

Layihə ümumilikdə 250-dən çox uşağı əhatə edəcək.

"Bakcell" və UAFA arasında əməkdaşlıq 2010-cu ildən başlayıb. Bu illər ərzində qayğıya ehtiyacı olan yüzlərlə uşaq və yeniyetmə idman, rəqs, dram, incəsənət, kompüter, fotoqrafiya dərnəkləri vasitəsilə onların həyatında önəmli dəyişikliklər yaradacaq müxtəlif bacarıqlara yiyələniblər.

Artıq onlar vaxtlarının əksər hissəsini evdə, cəmiyyətdən təcrid olunaraq deyil, müxtəlif tədbirlərdə və gəzintilərdə, təlimlərdə keçirirlər. İndi onlar şəhər və rayon əhəmiyyətli bütün tədbirlərə dəvət alırlar, müsabiqə və çempionatlarda iştirak edirlər. Ötən 4 il ərzində "Bakcell" və UAFA-nın birgə layihəsi çərçivəsində reabilitasiya xidmətlərindən bəhrələnən Nurlan və Əli Babacanovlar pauerliftinq üzrə şəhər, ölkə, Avropa çempionları adlarını qazanıblar və hədəfləri paralimpiya çempionu olmaqdır.

Müxtəlif dərnəklər kimi reabilitasiya xidmətləri də İcma Əsaslı Reabilitasiya (İƏR) Proqramının bir komponentidir və əlilliyi olan uşaqlar və onların ailələri üçün imkanların artırılmasında icmanı səfərbər edir.

UAFA mərkəzlərində göstərilən İƏR xidmətləri funksional bacarıqların bərpa edilməsinə yönəlib. Uşaqlarda inkişaf geriliyini vaxtında aradan qaldırmaqda məqsəd əlilliyin daha ağır formaya keçməsinə əngəl olmaqdır.

"Bakcell stars" Korporativ Məsuliyyət Proqramı qayğıya ehtiyacı olan uşaqlar üçün bütün imkanların yaradılması məqsədilə səylərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti