...

Azərbaycanda ünvanlı sosial yardım alanlar üçün elektron imzalar ödənişsiz olacaq

Telekommunikasiya Materials 11 Fevral 2015 14:55 (UTC +04:00)
Azərbaycanda ünvanlı sosial yardım alanlara elektron imzalar ödənişsiz təqdim ediləcək.
Azərbaycanda ünvanlı sosial yardım alanlar üçün elektron imzalar ödənişsiz olacaq

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda ünvanlı sosial yardım alanlara elektron imzalar ödənişsiz təqdim ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzindən (MHM) deyilib.

MHM-dən qeyd ediblər ki, nazirlikdə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aztəminatlı ailələrə elektron imzaların pulsuz verilməsi məsələsi üzrə müvafiq müraciətinə baxılır və tezliklə bu məsələ həll olunacaq.

Hazırda Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı 92 514-dür. Ünvanlı sosial yardımların orta aylıq məbləği 155 manat təşkil edir.

Hazırda Azərbaycan vətəndaşı üçün elektron imzalardan 3 illik istifadənin dəyəri 18 manat təşkil edir.

MHM-dən deyiblər: "MHM əlavə maliyyə mənbələrinə malik olmayan təsərrüfat iadrəçiliyi subyektidir və e-imzaların satışından əldə olunan vəsait Sertifikat Mərkəzinin işçilərinə texniki dəstək və maaşlarının verilməsinə yönəldilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti