...

Ailə NET internetin sürətini artırır

Telekommunikasiya Materials 13 May 2015 11:27 (UTC +04:00)
İnternet provayder Ailə NET mayın 15-dən minimum internet qoşulmanın sürətini 8 mb/s-ə qaldırır. Bu zaman aylıq abunə haqları dəyişməz qalacaq.
Ailə NET internetin sürətini artırır

Azərbaycan, Bakı, 13 may /Trend/

İnternet provayder Ailə NET mayın 15-dən minimum internet qoşulmanın sürətini 8 mb/s-ə qaldırır. Bu zaman aylıq abunə haqları dəyişməz qalacaq.

Qurumdan Trend-ə verilən məlumata görə, avqustun 15-dək qüvvədə olacaq Yay Kampaniyasının şərtlərinə əsasən Ailə NET abunəçiləri 5 mbit/s əvəzinə 8 mbit/s-dən 12 mbit/s-dək yüksək sürətli fiber-optik internet xidmətindən istifadə edəcəklər.

Hər gün saat 09:00-dan 01:00-dək abunəçilərə 8 mbit/s, saat 01:00-dan 09:00-dək isə 12 mbit/s sürətli internet xidməti təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, kampaniyadan həm mövcud, həm də yeni qoşulan abunəçilər faydalana bilərlər.

Xüsusi tariflərə əsasən Ailə TV abunəçiləri, kampaniya müddəti ərzində təqdim olunacaq 8 - 12 mb/s internetə görə aylıq 13 AZN ödəyəcəklər.

Analoji olaraq, 6; 8; və 10 mbit/s tarif planlarının abunəçiləri aşağıdakı qaydada sürətli internet xidmətindən istifadə edəcəklər:

6 mbit/s əvəzinə - 9-12 mbit/s
8 mbit/s əvəzinə - 10-12 mbit/s
10 mbit/s əvəzinə - 12-12 mbit/s

Xatırladaq ki, əhatə dairəsini daim genişləndirən Ailə NET, hal-hazırda Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, o cümlədən Hövsan qəsəbəsi, Sabunçu rayonun Bakıxanov qəsəbəsi, Səbail rayonun bir hissəsi, eləcə də Gəncə şəhəri, o cümlədən Yeni Gəncə qəsəbəsində fəaliyyət göstərir.

Caspian Telecom şirkətinin brendi olan Ailə NET internet provayderi 2011-ci ildən fəaliyyət göstərir və Azərbaycanda fiber-optik şəbəkələrin və internet xidmətlərinin inkişafı, genişlənməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif layihələrin reallaşdırılması işlərini öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti