...

"Nar" müəllim və tələbələr üçün xüsusi kampaniyanı davam etdirir

Telekommunikasiya Materials 11 Sentyabr 2015 15:21 (UTC +04:00)
“İrşad Electronics” dükanlarından telefon alanlar 9 aylıq faizsiz kredit əldə edə biləcək və “Nar” operatorundan bonuslar qazanacaqlar
"Nar" müəllim və tələbələr üçün xüsusi kampaniyanı davam etdirir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Yeni dərs mövsümünün başlanması ilə əlaqədar "Nar" təhsil işçiləri, müəllim və tələbələri sevindirməkdə dəvam edir.

Bu məqsədlə öz tərəfdaşı olan "İrşad Electronics" mağazalar şəbəkəsi ilə birlikdə daha bir ilkə imza atan "Nar" tamamilə yeni bir kampaniyaya start verdi. Belə ki, cari ilin sentyabr ayının sonunadək "İrşad Electronics" dükanlarında istənilən telefonu 9 aylıq faizsiz kreditlə əldə etmək mümkün olacaq. Üstəlik, bu mağazalardan telefon almış hər bir kəs "Nar" mobil operatorundan xüsusi bonuslar qazanacaq.

Qeyd edək ki, göstərilən tarixdə bu dükanlarda dəyəri 500 AZN-dən yüksək olmayan istənilən telefonu ilkin ödənişsiz də əldə etmək mümkündür. Yeni telefonlarla bərabər müştərilər, həmçinin hədiyyə olaraq "Nar" operatorundan nömrə, 250 AZN dəyərində danışıq və 1,5 GB internet trafiki alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti