Bakı. Trend:
Bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə "Azercell Telekom" MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində müəyyən problemlər yaranmışdır. Buna səbəb "Azercell Telekom" MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olmuşdur.
Trend-ə şirkətdən verilən məlumata əsasən, texniki nazaslıq mütəxəssislər tərəfindən dərhal araşdırılmış, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılmışdır. Hazırda "Azercell Telekom" MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülmüşdür.