...

“Nar” operatorunun sponsoru olduğu “Fireflies Azerbaijan” layihəsi uğurla başa çatıb

Telekommunikasiya Materials 8 Yanvar 2016 12:30 (UTC +04:00)

Bakı. Trend:

"Nar" operatorunun sponsoru olduğu "Fireflies Azerbaijan" layihəsi uğurla başa çatdı.

Şirkətdən Trend-ə verilən məlumata görə, mübadilə proqramları və yerli layihələrin icrasına maraq göstərən gənclər "AİESEC Azerbaijan" tərəfindən təşkil edilən və "Nar" mobil operatorunun sponsoru olduğu "Fireflies" layihəsi çərçivəsindəki tədbirdə dəyərli təcrübə və faydalı məsləhətlər əldə etmək üçün əvəzolunmaz fürsət qazandılar. 8 yanvar 2016-cı il tarixdə Bakı şəhərində keçirilmiş tədbirin məqsədi Azərbaycan cəmiyyətinin müxtəlif xalqların mədəniyyətləri ilə inteqrasiyasını sürətləndirməkdən ibarət idi. Bir şəffaflıq nümunəsi olaraq geniş ictimaiyyət üçün açıq olan tədbirdə gənc təlimçilərlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların nümayəndələri də iştirak edərək öz ölkələrini təmsil etdilər.

Qış mövsümünün mübadilə proqramı olan "Fireflies" layihəsinin başa çatması münasibətilə "AİESEC Azerbaijan" tərəfindən xarici ölkələrdən gəlmiş təlimçilər üçün mədəniyyət festivalı - "Global Village" tədbiri də təşkil edildi. Festivalda iştirak etmiş xarici qonaqlar öz milli mətbəxləri və rəqslərini, eləcə də digər milli mədəniyyət nümunələrini Azərbaycan ictimaiyyətinə təqdim etdilər. Hər zaman milli mədəniyyətin təbliği və mədəniyyətlərarası dialoqa böyük önəm vermiş "Nar" mobil operatorunun sponsoru olduğu tədbir uğurla sona çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti