Bakı. Trend:
KATV1 şirkəti "Köhnə qiymətə daha çox internet" adlı yeni kampaniyaya start verdi.
Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində ev və ofislərə Ethernet texnologiyasılə yüksəksürətli internet təklif edilir. Kampaniya müddətində gecə saat 00:00-dan səhər saat 12:00-dək yüksək buraxılış qabiliyyətinə və zəmanətli bağlantı keyfiyyətinə malik fərdi rabitə kanalları ilə təqdm olunan sürət düz iki dəfə artırılacaq (məsələn, 8 Mbit/s-lik internetdən istifadə edənlər göstərilən vaxt aralığında 16 Mbit/s-lik internet ilə təmin olunacaqlar).
Yeni texnologiyalar və şəbəkənin miqyası çevik qiymət həllərini, həmçinin hətta həddən artıq yüklənmə zamanı və günün istənilən vaxtı sabit sürəti, fasiləsiz, kəsintisiz və itkisiz bağlantını təklif etməyə imkan verir. Qeyd edək ki, bu kampaniya 15 sentyabr 2016-cı il tarixinədək davam edəcək.
Eyni zamanda, KATV1 şirkəti əvvəlki "İnternet+TV" kampaniyasının 31 yanvar 2016-cı il tarixində başa çatdığını bildirir. Qeyd etmək lazımdır ki, həmin kampaniyanın müddəti 31 dekabr 2015-ci il tarixində bitməli idi, lakin abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq kampaniyanın müddəti bir ay da uzadılmışdı. Bundan sonra sözügedən kampaniyaya qoşulmuş abunəçilər TV və internet üçün əvvəlki qiymətlər üzrə ödəniş edəcəklər; yəni əsas telekanallar paketi üçün 10 manat, 8 Mbit/s-lik internet üçün isə 18 manat.
KATV1 şirkəti qiymətlərin artması ilə bağlı dolaşan əssasız şayiələrə birdəfəlik son qoymaq niyyətindədir, çünki hazırda mövcud olan bütün tarif planları 2015-ci il tarif planları səviyyəsində saxlanılır.
Bununla belə KATV1 şirkətinin fərdi kanallar üzrə təqdim etdiyi internet-paket digər provayderlərin təklifləri ilə müqayisədə nəinki ən keyfiyyətlilərdən, o, həm də ən sərfəlilərdən biridir.
KATV1-ə minlərlə ailə və şirkətlər etibar edir. İnternet-paketin əsas üstünlükləri:
Sürətli qoşulma;
8-100Mbit/s sürət arası internetə çevik limitsiz tariflər sistemi;
Etibbarlı və keyfiyyətli rabitə;
Texniki dəstək (24 saat).
İnternetə etibarlı, sürətli və keyfiyyətli çıxış hər bir uğurlu biznesin fəaliyyətinin əsasını təşkil edir!