Bakı. Trend:
Öz istifadəçilərinə keyfiyyətli rominq xidməti təklif edən "Nar" bu sahədə daha bir uğura imza ataraq, Avropanın ən böyük mobil rabitə operatorlarından biri sayılan Böyük Britaniyanın "EE/T-Mobile UK" şirkəti ilə kommersiya razılaşması əldə etdi.
Şirkətdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində "Nar" və Birləşmiş Krallığın ən böyük mobil operatoru olan "EE/T-Mobile" öz abunəçilərinə rominqdə olarkən daha keyfiyyətli GSM xidməti göstərə biləcəklər.
"Nar" operatorunun "Bir zona - bir qiymət" prinsipinə əsaslanan rominq xidməti dünyanın 165-dən artıq ölkəsini əhatə edir. Rominq haqqında ətrafl məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az