...

Torpaqların e-kadastrının yaradılması üzrə tender başladı

Telekommunikasiya Materials 17 Fevral 2016 17:35 (UTC +04:00)
Torpaqların elektron kadastrının yaradılması üzrə tenderə start verilib.
Torpaqların e-kadastrının yaradılması üzrə tender başladı

Bakı. Trend:

Torpaqların elektron kadastrının yaradılması üzrə tenderə start verilib.

"Azərbaycanda torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) torpaqlar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması layihəsi" üzrə keçirilən tenderdə iştirak edən şirkətlərin təkliflər paketi açıqlanıb.

Əldə edilmiş məlumata görə, tenderdə iştirak üçün təkliflər paketini "Eraslanlar mühendislik Mimarlık İnşaat Taahhüt Sanayi Ticaret LTD", "MAPGIS İmar İnşaat Müh.Müş.Tic.", "Ana-Kent Planlama Yapı Yatırım Teknoloji Danışmanlık Turizm Enerji Sanayi ve Tic. AŞ.", "Kutlubey Harita inşaat Mühendislik Sanayi Ticaret" və "Sinam MMC-Datum MMC" konsorsiumudur.

Tender iştirakçıları arasında Azərbaycanı yeganə olaraq yerli şirkətlərdən ibarət "Sinam MMC-Datum MMC" konsorsiumu təmsil edir. Azərbaycan şirkətlərinin konsorsiumunun subpodratçısı "Azərkosmos" ASC-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti