...

"Nar" operatorunun "Hədiyyə yağışı" lotereyasının nəticələri açıqlandı

Telekommunikasiya Materials 18 Mart 2016 14:41 (UTC +04:00)

Bakı. Trend:

"Nar" operatoru "Hədiyyə yağışı" lotereyasının qaliblərini mükafatlandırdı.

Şirkətdən Trend-ə verilən məlumata görə, mobil operator tərəfindən elan edilmiş kampaniyanın qaydalarına əsasən, öz balansını ən az 3 AZN dəyərində artırmış bütün abunəçilər heç bir əlavə ödəniş etmədən, avtomatik olaraq lotereya iştirakçılarına çevrilir və hər həftə "iPhone 6" smartfonu qazanmaq fürsəti əldə edirdilər.

Bundan əlavə, balansını ən az 5 AZN dəyərində artırmış olan abunəçilər əsas uduşu - 2016-cı ilin mart ayında oynanılan 15 000 AZN məbləğindəki pul mükafatını udmaq imkanı qazanırdılar.

"Nar" abunəçilərinin böyük marağına səbəb olmuş bu lotereyanın bütün qaliblərinin adları artıq bəlli oldu. Respublikanın müxtəlif guşələrindən olan ən şanslı lotereya iştirakçıları qaliblər sırasında olmanın sevincini yaşadılar.

"Hədiyyə yağışı" lotereyası barədə əlavə məlumatı "Nar" operatorunun internet səhifəsindən öyrənə bilərsiniz: www.nar.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti