...

Milli domen zonasında saytların sayı artıb

Telekommunikasiya Materials 4 Aprel 2016 10:30 (UTC +04:00)
Milli domen zonası .az-da 24 882 internet-resurs qeydə alınıb.
Milli domen zonasında saytların sayı artıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Milli domen zonası .az-da 24 882 internet-resurs qeydə alınıb. Bu barədə Trend WHOIS resursunda yerləşdirilən hesabata əsasən xəbər verir.

2016-ci ilin I rübünün nəticələrinə görə, .az domenində qeydiyyatdan keçmiş internet-resursların sayının artması 1,2% təşkil edib.

Qeydiyatdan keçmiş resurların 23 164-ü birinci səviyyəli domendə qeydə alınmış saytlardır, bu da ilin əvvəlinə olan göstəricidən 1,4% çoxdur.

İkinci səviyyəli domenlər arasında ən populyarı .com.az-dır. Bu domendə 1033 sayt (1% azalma) qeydə alınıb. Üçüncü yerə .edu.az domeni sahib çıxıb, burada 245 sayt qeydiyyatdan keçib. 2016-ci ilin I rübünün nəticələrinə görə, edu.az domenində qeydiyyatdan keçmiş saytların sayı 5,3% artıb.

Qeyd edək ki, milli domen zonası - .az rəsmi olaraq 25 avqust 1993-cü il tarixində fəaliyyətə başlayıb. Domendə qeydiyyat qiyməti 20 manat təşkil edir. Texniki dəstək xidmətinin illik qiyməti də 20 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti