...

“İnternetdə olan təhlükələr və onlardan müdafiə yolları”

Telekommunikasiya Materials 31 May 2017 10:35 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun 5 saylı orta məktəbində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “İnternetdə olan təhlükələr və müdafiə yolları” mövzusunda interaktiv dərs keçirilib.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin Marketinq departamentinin əməkdaşları sözügedən mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verərək, informasiya texnologiyalarının və internetin həyatımızdakı rolundan danışıblar.

Qeyd edilib ki, Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində məktəblərimizdə müasir texnologiyalarla təhciz olunmuş baza yaradılıb, şagirdlərin İKT biliklərini artırması üçün hər cür şərait təmin olunub.

Bildirilib ki, internetin əlçatanlığı sayəsində qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, həmçinin təhsillə bağlı məlumatları asanlıqla əldə etmək mümkündür. Ancaq çox təəssüf ki, bu imkanlardan bəzən mənfi, məqbul olmayan məqsədlər üçün də istifadə olunur. Məhz bu səbəbdən geniş seçim imkanı yaradan sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və xüsusən də uşaqların psixologiyasına mənfi təsir edən zərərli kontentlərdən qorumaq vacibdir.

Daha sonra şagirdlərə zorakılığı və digər bu növ informasiya mənbələrini təbliğ edən resurslardan qorunmaq, internetdən təhlükəsiz şəkildə istifadə etməyin yolları barədə ətraflı məlumat verilib.

İnteraktiv dərs şəklində keçən tədbirdə şagirdlərin fikirləri də dinlənilib.

Qeyd edək ki, ölkəmizin digər şəhər və rayonlarında da bu mövzu ilə bağlı tədbirlər davam etdiriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti