Bakı. Hüseyn Vəliyev - Trend:
"Aztelekom" MMC dövlət rabitə operatoru Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin ərazisində telekommunikasiya infrastrukturunun genişləndirilməsinə hazırlaşır.
Bu barədə Trend-ə "Aztelekom"dan məlumat verilib.
Məlumatda qeyd olunur ki, genişləndirmə ilə bağlı işlər kənddə daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi və sosial obyektlərin tikintisi ilə əlaqədardır. Birinci mərhələdə kənd ərazisində 50 ev, məktəb və məscid tikilib.
Daha əvvəl Cocuq Mərcanlıda 64 nömrə tutumlu telefon stansiyası salınıb, Füzuli rayonundan 10 kilometrədək optik kabel çəkilib ki, bu da rabitə operatoruna internet və rabitə xidmətləri ilə yanaşı, digər multimedia xidmətlərini həyata keçirməyə imkan verəcək.