...

Azərbaycan domenində saytların sayı artıb - 18 faiz

Telekommunikasiya Materials 7 Yanvar 2018 08:05 (UTC +04:00)
Azərbaycanın milli “.az” domen zonasında 28 986 internet-resurs qeydiyyatdan keçib.
Azərbaycan domenində saytların sayı artıb - 18 faiz

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın milli “.az” domen zonasında 28 986 internet-resurs qeydiyyatdan keçib.

Trend bu barədə “WHOIS” resursuna istinadən məlumat verir.

2017-ci ilin yekunlarına əsasən, “.az” domen zonasında internet saytlarının qeydiyyatı ilin əvvəli ilə müqayisədə 18 faiz artıb.

Qeydiyyata alınmış ümumi internet-resurslardan 27 104-ü birinci səviyyəli domen zonasında qeydiyyatdan keçib. Bu rəqəm ilin əvvəli ilə müqayisədə 18,6 faiz artıb.

İkinci səviyyəli domen zonası “.com.az” domenində 1098 sayt (6,3 faiz artım) qeydiyyata alınıb. Populyarlığına görə, üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. 2017-ci ildə bu domendə 321 sayt qeydiyyatdan keçib və 31 faiz artım qeydə alınıb.

Qeyd edək ki, “.az” milli domen zonası 1993-cü il avqustun 25-də fəaliyyətə başlayıb. Bu domendə qeydiyyatın dəyəri 20 manatdır, illik texniki dəstək də bu qiymətə başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti