Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti 2017-ci ilin son rübü üzrə “Socially Devoted” sertifikatı ilə təltif olunub.
Şirkətdən Trend-ə verilən məlumata görə, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “Facebook” şəbəkəsində 2017-ci ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə qədər olan fəaliyyətlərini nəzərdən keçirib. Bakcell böyük məmnuniyyətlə bildirir ki, həmin monitorinqin nəticələrinə əsasən, şirkət özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Səhifə 2017-ci ildə dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “Socially Devoted” sertifikatına layiq görülüb.
“Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti Bakcell şirkətinin ümumi fəaliyyətin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.
“Bakcell” abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların 100% cavablandırılmasını təmin edən “Facebook” səhifəsinə müraciət edə bilərlər.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.