...

Ramin Quluzadənin Saatlıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Telekommunikasiya Materials 14 Fevral 2018 19:05 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Saatlıda vətəndaşlarla fevralın 23-də görüşəcək
Ramin Quluzadənin Saatlıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Saatlıda vətəndaşlarla fevralın 23-də görüşəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, R.Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 16-da Saatlı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Nazir fevralın 23-də saat 12:30-da Saatlı şəhərində Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Saatlı rayonunda 0212852123

Şirvan şəhərində 021 2151515

Hacıqabul rayonunda 021 2043101

Sabirabad rayonunda 0212355155

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti