...

Elmir Vəlizadə AHK Azərbaycanın İKT İşçi Qrupunun görüşündə iştirak edib

Telekommunikasiya Materials 12 May 2018 15:51 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) İşçi Qrupunun növbəti görüşündə iştirak edib.
Elmir Vəlizadə AHK Azərbaycanın İKT İşçi Qrupunun görüşündə iştirak edib

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) işçi qrupunun növbəti görüşündə iştirak edib.

“AHK Azərbaycan”dan Trend-ə verilən məlumata görə, görüşün əsas mövzusu 2016-cı ilin dekabrında nəşr olunan "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" olub. Müzakirələrdə həmçinin rəqəmsal iqtisadiyyatda və ictimai sektorda İKT səmərəliliyinin daha da artırılmasında İKT infrastrukturunun əhəmiyyəti vurğulanıb.

Tədbir AHK Azərbaycanın İdarə Heyətinin sədr müavini Fərid İsayevin və Almaniya Federativ Respublikasının səfirliyinin missiya rəhbərinin müavini xanım Tereza Şönfeldin salamlama nitqləri ilə açılıb. Bundan sonra tədbir AHK Azərbaycanın İKT işçi qrupunun sədri Rüfət Hacıəlibəyovun İşçi Qrupunun fəaliyyəti və görüşün əsas mövzusu barədə qısa təqdimatı ilə davam edib.

Görüşün fəxri qonağı olan Elmir Vəlizadə Azərbaycanın İKT siyasəti ilə bağlı fikirlərini bölüşüb və Strateji Yol Xəritəsinə əsaslanan tədbirlər planını qısa şəkildə müzakirə edib. Bundan əlavə, o, sürətlə inkişaf edən texnologiya dünyasında 5G Texnologiyasının əhəmiyyətini vurğulayıb.

Tədbirin sual-cavab hissəsində nazir müavini görüşdə iştirak edən yüksək səviyyəli şirkət nümayəndələrinin suallarını cavablandırıb və onları müzakirə olunan mövzular və Azərbaycanda İKT strategiyasının həyata keçirilməsinin təkmilləşdirilməsinə dair imkanlar barədə təkliflərini irəli sürməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti