...

Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır

Telekommunikasiya Materials 21 Fevral 2020 14:48 (UTC +04:00)
Ölkədə kibertəhlükəsizlik səviyyəsini artırmaq istəyiriksə, özəl sektorun möhkəmlənməsini təmin etməliyik
Kibertəhlükəsizliyin artması üçün özəl sektorun möhkəmlənməsi lazımdır

Bakı. Nərgiz İsmayılova - Trend:

Ölkədə kibertəhlükəsizliyin səviyyəsini artırmaq istəyiriksə, özəl sektorun möhkəmlənməsini təmin etməliyik.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

O bildirib ki, bunun üçün iki istiqamətdə işlər görülməlidir:

“İlk növbədə bu, kibertəhlükəsizlik sahəsində proqram təminatının yaradılması ilə məşğul olan IT şirkətlərin dəstəklənməsidir. İkinci vacib istiqamət startap layihələrə dəstək göstərməkdir”.

R.Əzizov əlavə edib ki, hazırda innovasiya mərkəzlərində və agentliklərdə hazır startaplar mövcuddur:

“Əsas problem inkişafın və reallaşdırmanın aşağı sürətidir. Bunun nəticəsi olaraq, bu layihələr digər ölkələr tərəfindən əldə oluna bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti