...

"WhatsApp"da daha bir yenilik gözlənilir

Telekommunikasiya Materials 12 İyun 2020 05:46 (UTC +04:00)
"WhatsApp"da daha bir yenilik gözlənilir

Bakı. Trend:

"WhatsApp" messencerində yeni funksiya yaradılacaq.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, yeni funksiya istifadəçilərə mesajları tarixə görə axtarmağa imkan verəcək. Hazırda messencerdə axtarış funksiya mövcuddur, lakin istifadəçilər müəyyən bir tarixdə göndərilən və ya qəbul edilən mesajı tapmaqda çətinlik çəkirlər.

Yeni funksiya işə düşdükdən sonra istifadəçilər mesajın göndərilmə və ya qəbul tarixini yazaraq istədikləri mətni tez bir zamanda tapa biləcəklər.

Qeyd edilir ki, hazırda yeni funksiya alfa-test mərhələsindədir. Yeni funksiyanın işə düşəcəyi tarix hələki məlumdeyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti