...

Android smartfonlarında təhlükəli troyan virusu tapılıb

Telekommunikasiya Materials 30 Mart 2021 05:54 (UTC +04:00)
Android smartfonlarında təhlükəli troyan virusu tapılıb

Bakı. Trend:

Android smartfonları üçün təhlükəli tətbiqetmə istifadəçi məlumatlarını oğurlamaqla məşğul olub.

Trend-in məlumatına görə, bu barədə kibertəhlükəsizlik üzrə ixtisaslanan "Zimperium" şirkətinin hesabatında bildirilib.

Şirkət mütəxəssisləri şəbəkədə "Android" üçün xidmət adı altında gizlənmiş zərərli bir proqram aşkar ediblər. Əslində, tətbiqetmə müəyyən bir xaker serverindən komandaları qəbul edən troyan virusudur.

Mütəxəssislər, proqramın təhlükəli olduğunu qeyd edərək onu aktivləşdirmək üçün tətbiqetmənin smartfona girişini təmin etmək lazım olduğunu, yəni məlumatların toplanmasına icazə verilməsini qeyd ediblər. Buna görə də, hesabat müəllifləri Google Play-dən yoxlanmış tətbiqləri yükləməyi və proqramın hansı hüquqları aldığını diqqətlə yoxlamağı məsləhət görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti