...

Azərbaycanda ötən ayın ən populyar sosial şəbəkə açıqlanıb

Telekommunikasiya Materials 3 May 2021 11:15 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin martında Azərbaycanın sosial şəbəkə bazarında “YouTube” 29,32 faiz payla birinci yerdə qərarlaşıb.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə 25,74 faiz göstərici ilə “Twitter”, üçüncü yerdə 20,23 faiz göstərici ilə “Instagram” qərarlaşıb.

"Facebook" istifadəçilərinin fəallığı ötən ay 14,63 faizə bərabər olub.

“Pinterest”in payı 8,68 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,37 faiz təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti