...

Azərbaycanın əməliyyat sistemi bazarında "Windows"un payı artıb

Telekommunikasiya Materials 3 May 2021 14:50 (UTC +04:00)
Azərbaycanın əməliyyat sistemi bazarında "Windows"un payı artıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin aprelində Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 49,34 faiz təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 1,36 faiz azdır.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 1,07 faiz artaraq 36,69 faiz təşkil edib.

"Apple" şirkətinin "iOS" əməliyyat sisteminin payı 0,38 faiz azalaraq 8,89 faizə bərabər olub.

Daha sonra "macOS X" (Apple, 2,68 faiz), "Linux" (0,52 faiz) və digər əməliyyat sistemləri (1,64 faiz) yer alıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti