...

"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib

Telekommunikasiya Materials 28 Oktyabr 2021 00:47 (UTC +04:00)
"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib

Bakı. Trend:

"Intel" korporasiyası Intel Innovation adlı konfransda fərdi kompüterlər üçün yeni nəsil prosessorlarını təqdim edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında dərc olunan açıqlamada bildirilib.

Açıqlamada bildirilib: "İntel" 12-ci nəsil "Intel Core" mikroprosessor ailəsindən olan ilk məhsullarını satışı buraxır".

Qeyd olunub ki, fərdi kompüterlər üçün təqdim olunan ilk altı prosessor yeni DDR5 operativ yaddaş modelinə keçəcək və PCIe 5.0 məlumat ötürmə standartını qoşmaq imkanına malik olacaq.

Şirkətdən verilən məlumata görə, yeni "Intel Core" nəsilinə 60 prosessor daxil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti