...

Azərbaycanlı şagird və tələbələr 3D modelləmə və çap müsabiqəsində iştirak edəcək - TEKNOFEST nümayəndəsi (FOTO)

Telekommunikasiya Materials 1 Aprel 2022 14:33 (UTC +04:00)
Azərbaycanlı şagird və tələbələr 3D modelləmə və çap müsabiqəsində iştirak edəcək - TEKNOFEST nümayəndəsi (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı şagird və tələbələr TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində keçiriləcək “Baku Skills” 3D modelləmə və çap müsabiqəsində iştirak edəcək.

Bunu TrendTEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalının Azərbaycan ofisinin nümayəndəsi Zeynəb Babayeva deyib.

Onun sözlərinə görə, müsabiqədə iştirak A və B kateqoriyaları üzrə nəzərdə tutulub.

“A kateqoriyasında məktəblilər, B kateqoriyasında isə tələbələr iştirak edəcək. “Baku Skills” müsabiqəsinə yalnız azərbaycanlı şagird və tələbələr buraxlır. Bu müsabiqənin tapşırıqları 3D modelləmə və çapla bağlıdır”, - deyə o bildirib.

Z.Babayeva vurğulayıb ki, TEKNOFEST çərçivəsində məhz bu müsabiqədə daha çox komanda qeydiyyata alınıb.

“Təkcə A kateqoriyası üzrə 175 komanda. B kateqoriyasında isə 52 komanda müraciət edib. Hər komandada 3-6 nəfər iştirak edə bilər. Artıq A kateqoriyası üzrə komandalara tapşırıqlar verilib, iştirakçılar 3D çapı üçün zəruri printerlərlə təchiz olunub. Martın 31-i A kateqoriyasının iştirakçılar üçün son tarixdir. Bu tarixədək komandalar öz işlərini müvafiq sistemə yükləməlidir”, - Z.Babayeva deyib.

O, həmçinin qeyd edib ki, aprelin 6-da B kateqoriyasında, 7-də isə A kateqoriyasında TEKNOFEST-də çıxışını davam etdirəcək komandaları adı açıqlanacaq.

“A kateoqriyası üçün mükafat fondu 7 min manat, birinci yer üçün 4 min, ikinci yer üçün 2 min və üçüncü yer üçün min manat təşkil edir. B kateqoriyasında isə mükafat fondu 12 min manat, birinci yer üçün 6 min, ikinci yer üçün 4 min və üçüncü yer üçün 2 min manat təşkil edir. Bundan başqa, komandaların mentorları da mükafatlandırılacaq. Birinci yeri tutan mentor 700 manat, ikinci yer 500 manat, üçüncü yer tutan mentor 300 manat mükafat qazanacaq”, - Z.Babayeva bildirib.

O əlavə edib ki, komandalar final mərhələsində münsiflər heyətinin təqdim edəcəyi müəyyən tapşırığı yerində icra etməli olacaq.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiyaAgentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti